Redaktor seçimi
Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları -
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Günün xəbəri

“Mina qurbanları xüsusi həssas kateqoriya kimi tanınmalıdır”

 

İyunun 27-də BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində “Minalarsız dünya naminə insan haqları sistemindən istifadə və mina qurbanlarının hüquqlarının bərpası” adlı tədbir keçirilib.

Yenixeber.org xəbər verir ki, tədbirdə Azərbaycanın, Xorvatiyanın, Mozambikin, Panamanın diplomatik nümayəndələri, habelə beynəlxalq qurum rəhbərləri yerüstü minaların fəsadlarının aradan qaldırılması və insan haqları üzrə BMT sisteminin mina qurbanlarının, onların ailə üzvlərinin hüquqlarının qorunmasında istifadəsi mövzusunda keçirilən panel müzakirələrdə çıxış ediblər.

Tədbirdə “Minalar və təmiz ətraf mühit hüququ” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, minalar təkcə bilavasitə qurbanlarının deyil, bütün insanlığın haqqı olan təmiz ətraf mühit hüququna dağıdıcı təsir göstərir. Səfir konkret misallar gətirərək minaların torpağın eroziyasına, su mənbələrinin çirklənməsinə təsiri ilə ekosistemi və biomüxtəlifliyi məhv etdiyini diqqətə çatdırıb. Bu baxımdan təmiz ekologiya probleminin xüsusi aktuallıq daşıdığı bir dönəmdə BMT-nin İnsan Haqları Şurasının bu hüququn müdafiəsi istiqamətində konkret addımlar atmasının vacibliyi vurğulanıb.

“Məhz burada - Cenevrədə həm insan haqları, həm silahsızlaşdırma, həm də humanitar dəstək üzrə BMT strukturlarının və digər beynəlxalq qurumların fəaliyyət mərkəzləri yerləşir. Ona görə də İnsan Haqları Şurası bu fürsətdən istifadə edərək mina qurbanlarının xüsusi həssas kateqoriya kimi tanınması, onların hüquqlarının bərpa və təmin olunması üzrə konkret addımlar atmalıdır”, - deyən azərbaycanlı diplomat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizdə 2 milyona yaxın minanın təmizlənməsi on illər və milyardlarla dollar vəsait tələb edir. 

E.İskəndərov Azərbaycanın mina ilə çirklənmənin ağır nəticələrini yaxşı bildiyini vurğulayıb. Minaların insan həyatlarını məhv etməsi ilə bərabər, inkişafda olan dövlətlər üçün ağır iqtisadi yük olduğunu qeyd edən Azərbaycan nümayəndəsi deyib: “Azərbaycan BMT İnsan Haqları Şurasına bu sahədə hərtərəfli dəstək, mina qurbanlarının hüquqlarının bərpasına töhfəsini verməyə hazırdır”.

Qeyd edək ki, BMT-nin Cenevrə ofisi nəzdində Azərbaycan daimi nümayəndəliyi və “Universal Hüquqlar Qrupu” (“Universal Rights Group”) beynəlxalq təşkilatının təşəbbüsü ilə keçirilən tədbirin həmtəşkilatçıları Avstriya, Xorvatiya, Sloveniya, İrlandiya, Panama, Monteneqro və Niderlandın nümayəndəlikləri olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam