Quterreş Dağıstanda törədilən terror aktını pisləyib
BMT-nin Baş katibi Antonio Quterreş Dağıstanda baş verən terror aktı ilə əlaqədar Rusiya xalqına başsağlığı verib.
Yenixeber.org xəbər verir ki, onun sözlərini sözçüsü Stefan Düjarrik rəsmi internet saytında dərc etdiyi bəyanatda çatdırıb.
“BMT-nin Baş katibi Dağıstanda yəhudi və xristianların dini obyektlərinə və təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror aktlarını ən kəskin şəkildə pisləyir”, - bəyanatda deyilir.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. Hadisə nəticəsində 15-dən çox polis əməkdaşı vəfat edib.









AZ
RU