Küveytdə yanğında ölənlərin sayı 41 nəfərə çatıb -YENİLƏNİB
Küveytin cənubundakı Manqaf şəhərində işçilərin yaşadığı binada baş verən yanğında azı 41 nəfər ölüb.
Yenixeber.org: Küveytin daxili işlər naziri Şeyx Fəhad Yusuf Səud Əs-Sabah hadisə yerinə səfəri zamanı daşınmaz əmlak sahiblərini qanun pozuntularında günahlandıraraq bu amillərin insidentə səbəb olduğunu bildirib.
***
Küveytin cənubundakı Manqaf şəhərində işçilərin yaşadığı binada yanğın baş verib, ən azı 35 nəfər həlak olub.
Qeyd edək ki, rəsmilər yanğının qarşısını aldıqlarını və hadisənin səbəbini araşdırdıqlarını bildiriblər.(Reuters)









AZ
RU