Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Sədr müavini: Erkən nikahlarla bağlı dindən sui-istifadə edilir

 

Əgər tibb və elm qohum evliliyinin insan sağlamlığına ziyan vurduğunu deyirsə, dinin bu məsələyə yanaşması insandan yanadır. Yəni bu, məsələdə heç bir problem yoxdur.

Yenixeber.org xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirilən iclasında çıxışı zamanı deyib.

Sədr müavini hər zaman qohum evliliyinin əleyhinə olduğunu bildirib: “Kimsə deyəndə ki əmioğlu və əmiqızının nikahının göydə kəsildiyini deyəndə, zarafatla deyirdim ki, onlar göydə yox, yerdə yaşayır”.

Komitə rəsmisi vurğulayıb ki, erkən nikahlarla bağlı dindən sui-istifadə edilir:

“İslamda bunun qadağan olunmadığı əsas gətirilərək erkən nikaha girirlər. Bugünkü dövr üçün 14 yaşda nikah anormal sayılır. Bu gün yas mərasimlərində olan, qəbiristanlıqlarda dua oxuyan qeyri-rəsmi din xadimlərinin sayı on minlərlədir. Ancaq rəsmi təyinat alan din xadimlərinin sayı isə 1 000 nəfərdən çox deyil. Təsir mexanizmlərimiz həmin şəxslərin sayı civarındadır. Ona görə də maarifləndirmə işlərinin gücləndirilməsi mütləqdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam