Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Hərbi attaşelər "N" saylı hərbi hissədə olublar -FOTOLAR

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub.

Yenixeber.org: Müdafiə Nazirliyinin yaydığı məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsinə hörmət və ehtiram nümayiş etdirilib.

Sonra 22 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 26 nümayəndəsinə hərbi hissənin yaranması və döyüş yolu haqqında brifinq verilib. Qonaqlar şəxsi heyətə verilən yeni növ hərbi geyim forması, gündəlik qida təminatı, məişət şəraiti və hərbi hissənin silahlanmasında olan bəzi döyüş texnikası ilə tanış olublar.

Səfər çərçivəsində qonaqlar Nizami Gəncəvi məqbərəsi və muzeyi, Fikrət Əmirov adına Gəncə Dövlət Flarmoniyası, Şah Abbas məscidi, Göygöl Milli parkını, həmçinin 2020-ci ilin oktyabr ayında erməni silahlı qüvvələrinin Gəncə şəhərinə müxtəlif raketlərlə hücumu zamanı dağıdılmış yaşayış yerlərini ziyarət ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə, göstərilən diqqət və qonaqpərvərliyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam