Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Fazil Mustafa: Mədəniyyət və incəsənətə dövlət büdcəsindən ayrılan vəsait çox azdır

 

Mədəniyyət və incəsənət sahəsinə dövlət büdcəsindən ayrılan vəsait çox azdır.

Yenixeber.org xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa parlamentin mayın 31-də keçirilən yaz sessiyasının son plenar iclasında çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, bu sahə üçün ayrılan 198 milyon manatlıq vəsait az hesab olunmalıdır: “Mədəniyyət sferasında çalışan insanların böyük əksəriyyəti çox aşağı əməkhaqqı alır. Vəsaitin az olması da bu cür yaradıcı potensialın ölkədə aşağı düşməsinə gətirib çıxarır”.

F.Mustafa, eyni zamanda publik hüquqi şəxslərlə bağlı məsələdə ciddi islahata ehtiyac olduğunu deyib: “Düşüncə dəyişməlidir. 2022-ci ildə 40 publik hüquqi şəxs yaradılıb və bunun üçün 442 milyon manat vəsait ödənilib. Bunun iqtisadi mahiyyəti dövlətin büdcə yükünü azaltmaqdır. Amma əksinə, get-gedə büdcə yükü artır. Demək ki, bu sistemin yaradılmasının məqsədəuyğunluğuna bir daha baxılmalıdır. Dövlət sifarişlərinin əksəriyyətinin öhdəliklərini publik hüquqi şəxslər yerinə yetirə bilmirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam