Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

ÜLVİYƏ ALOVLU MƏHKƏMƏDƏ SUALLARA BELƏ CAVAB VERİB - “Yadımda deyil”, “bilmirəm”, “unutdum”…

 

Bakı Ağır Cinayətlər məhkəməsində insan haqları fəalı Bəxtiyar Hacıyevin məhkəmə prosesi davam edib.

Yenixeber.org xəbər verir ki, məhkəmə prosesində zərərçəkmiş tərəf kimi təqdim edilən – jurnalist Ülviyyə Muradova (Alovlu) ifadə verib.

Bəxtiyar Hacıyev ilk dəfə Ülviyyə Muradova ilə aralarında olan insidentlə əlaqədar həbs olunub. Bugünkü iclasda Ülviyyə Muradova, ibtidai istintaq zamanı verdiyi Hacıyevin ona qarşı xuliqanlıq etdiyi haqqında ifadələrini təkrar edib.

Zərərçəkənin ifadəsindən sonra Bəxtiyar Hacıyev və vəkilləri Ülviyyə Muradovaya suallar verib. Lakin o, Hacıyevin və onun vəkillərinin suallarına “yadımda deyil”, “bilmirəm”, “unutdum” kimi qeyri-müəyyən cavablar verib. Bu səbəbdən Bəxtiyar Hacıyev Muradovanın yalan ifadə verdiyi haqqında vəsatət qaldırıb.

Hakim vəsatətə növbəti iclasda münasibət bildirəcəyini deyib.

Növbəti məhkəmə prosesi mayın 3-ə təyin edilib.

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində məhkəməyə qarşı hörmətsizlik (CM-in 221 və 289-cu maddələri ) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev ona qarşı irəli sürülən bütün ittihamların saxta olduğunu bildirir və həbsinin və ittihamların səbəbinin hakimiyyəti tənqid etməsi ilə olduğunu deyir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

bildirir ki, məhkəmə prosesində zərərçəkmiş tərəf kimi təqdim olunan jurnalist Ülviyyə Muradova (Alovlu) ifadə verib.

Xatırladaq ki, Bəxtiyar Hacıyev ilk dəfə Ülviyyə Muradova ilə aralarında olan insidentlə əlaqədar həbs olunub.
Bugünkü iclasda Ülviyyə Muradova, ibtidai istintaq zamanı verdiyi Hacıyevin ona qarşı xuliqanlıq etdiyi haqqında ifadələrini təkrar edib.

Zərərçəkənin ifadəsindən sonra Bəxtiyar Hacıyev və vəkilləri Ülviyyə Muradovaya suallar verib. Lakin o, Hacıyevin və onun vəkillərinin suallarına “yadımda deyil”, “bilmirəm”, “unutdum” kimi qeyri-müəyyən cavablar verib.
Bu səbəbdən Bəxtiyar Hacıyev Muradovanın yalan ifadə verdiyi haqqında vəsatət qaldırıb.

Hakim vəsatətə növbəti iclasda münasibət bildirəcəyini deyib.

Növbəti məhkəmə prosesi mayın 3-ə təyin edilib.

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində məhkəməyə qarşı hörmətsizlik (CM-in 221 və 289-cu maddələri ) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev ona qarşı irəli sürülən bütün ittihamların saxta olduğunu bildirir və həbsinin və ittihamların səbəbinin hakimiyyəti tənqid etməsi ilə olduğunu deyir.

Beynəlxalq insan haqları qurumları onu siyasi məhbus kimi tanıyıblar və hökumətdən onu azad etməsini istəyiblər.(Gununsesi.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam