Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Əcnəbi vətəndaş Əhməd Vəliyevin kürəkənini məhkəməyə verdi -SƏBƏB

"Odlar Yurdu" Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev məhkəməyə verilib. 
Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, iddiaçı Abdul Ghafar adlı şəxsdir. 
İş hazırda apellyasiya mərhələsindədir. Birinci məhkəmə instansiyası iddianı təmin etmədiyindən Abdul Ghafar apellyasiya şikayəti verib.  Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baxılacaq. Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır. 
Elmir Mehdiyev Əhməd Vəliyevin sahibi olduğu "Muğan Bank"ın payçılarındandır. O, ötən ilə qədər bankda 67,74 faiz paya sahib olub. 2023-cü ildə isə o, səhmlərinin əhəmiyyətli hissəsini Əhməd Vəliyevin övladları Munir və Samir Vəliyevlər arasında bölüşdürüb. Bununla da Elmir Mehdiyevin bankdakı payı 0,7818 faizə düşüb.
Ehtimal olunur ki, Elmir Mehdiyevi məhkəməyə verən şəxs "Muğan Bank"ın müştərisi olub. Onunla Elmir Mehdiyev arasında kredit sövdələşməsi həyata keçirilib ki, indi bu məsələdə mübahisə yaranıb. 
Onu da qeyd edək ki, "Muğan Bank"ın lisenziyası ləğv edilib. Bank hazırda ləğvetmə prosesindədir.(Qaynarinfo) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam