Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

 

Keçən ilin avqustunda Sumqayıtın Corat qəsəbəsində 37 yaşlı anası G.Zülfüqarovanı qətlə yetirməkdə, 11 yaşlı qardaşına isə ağır xəsarətlər yetirməkdə təqsirləndirilən 16 yaşlı Rasimə (şərti) hökm oxunub.

Yenixeber.org xəbər verir ki, yetkinlik yaşına çatmayan oğlan Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.9 (xüsusi amansızlıqla adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd və s.) maddələri ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, hadisədən əvvəl 16 yaşlı Rasim bir neçə dəfə evdən kiçik məbləğlərdə pul oğurlayıb. Orta məktəbdə təhsilini yarımçıq saxlamış və intizamsız hərəkətləri ilə ailədə tez-tez problemlərə səbəb olan yeniyetmə anasının ona bildirdiyi iradlardan və atasına bu barədə bildirməsindən sonra hiddətlənib.

O, hadisənin baş verdiyi gün anası ilə dalaşıb. Bu zaman qadın plastik süpürgə ilə oğlunu vurmaq istəyib. Rasim isə mətbəxdən bıçaq götürərək anasına hücum edib. Bunu görən onun 11 yaşlı qardaşı anası ilə Rasimi aralamağa çalışıb. O, bıçağı götürərək xalçanın altına atıb. Lakin yeniyetmə bıçağı götürərək qardaşına bir neçə zərbə endirib. Həmçinin onun gözü qarşısında anasını çoxsaylı zərbələrlə amansızlıqla qətlə yetirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasimə 10 il həbs cəzası verilib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayan şəxslərə 10 ildən artıq cəza təyin edilmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam