Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Azyaşlılarda bu xəstəliklər artıb

 

“Azərbaycanda 10 milyondan çox olan əhalinin 0-17 yaşlı uşaq və yeniyetmələrin sayı 2 milyon 633 min 54 nəfərdir”.

Yenixeber.org xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini İlqar Qasımov Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin “Sağlam ailə modelinin hüquqi aspektləri-Yaşıl dünya müstəvisində” mövzusunda keçirdiyi birgə ictimaidə dinləmə deyib.

“Son 5 ildə aparılan təhlilə əsasən, 0-13 yaşlı uşaqların ümumi xəstələnmə göstəriciləri azalsa da, tənəffüs və həzm sistemləri, onkoloji, psixoloji və davranış pozğunluğu, göz xəstəlikləri, qan dövranı xəstəlikləri üzrə xəstələnmə hallarına rastgəlmə tezliyi artıb. Həmçinin 14-17 yaşlı yeniyetmələr arasında ümumi xəstələnmə göstəriciləri və bütün sistemlər üzrə xəstələnmələrin rastgəlmə tezliyi də son 5 ildə artıb. 

14-17 yaş daha sağlam dövr hesab olunur və bu dövrdə sağlamlıq məsələsinə xüsusi diqqət edilməlidir. Məhz bu yaşda insanın sonrakı həyatında sağlamlığına təsir göstərəcək bir çox xroniki xəstəlik və pis vərdişlər yaranır. 

18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə göstəriciləri Abşeron-Xızı və Bakıda qeyd olunur”, - deyə nazir müavini vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam