Qəzzaya bu qədər ziyan dəyib -AÇIQLAMA
BMT və Dünya Bankı Qəzza zolağında yerləşən kritik infrastruktura dəyən zərər haqqında birgə hesabat dərc edib.
Yenixeber.org: Təşkilatlar ziyanın 18.5 milyard dollar dəyərində olduğunu açıqlayıb.
Hesabatda bildirilib ki, bu, Qəzza zolağı və İordan çayının 2022-ci il üçün ÜDM-nin 97%-nə bərabərdir.
“Nəticələr göstərir ki, pul ifadəsində ən çox yaşayış binaları (72%), ikinci yerdə ticarət, sənaye və xidmət infrastrukturu (9%) gəlir”, - deyə hesabatda qeyd olunub.
İsrail ilə HƏMAS hərəkatı arasında müharibə 7 oktyabr 2023-cü ildən davam edir.









AZ
RU
