Ermənistanda sərhədlərlə bağlı növbədənkənar iclas çağırıldı
Ermənistan parlamentinin delimitasiya və demarkasiya məsələləri ilə bağlı növbədənkənar iclası çağırılıb.
Yenixeber.org: Məlumata görə, bu təşəbbüslə Ermənistanın müxalif “Hayastan” və “Şərəfim var” fraksiyaları çıxış edib.
İclasın aprelin 9-dan sonra keçirilməsi planlaşdırılır. Növbədənkənar iclasa Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan da çağırılacaq.(“Hraparak”)









AZ
RU