Abdullahian suriyalı həmkarı ilə danışdı:Bütün məsuliyyət...
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian suriyalı həmkarı Feysəl Miqdadla telefon danışığı aparıb.
Yenixeber.org: Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Abdullahian həmkarına bildirib ki, Dəməşqdəki səfirliyin konsulluq binasına edilən hücuma görə bütün məsuliyyət İsrailin üzərinə düşür.
Xatırladaq ki, İsrail Suriyanın paytaxtı Dəməşqə aviazərbələr endirib. Raket İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı binaya düşüb. Nəticədə bir neçə iranlı diplomat və hərbi müşavir ölüb.









AZ
RU
