Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Biz artıq Moskva ilə bu məsələni müzakirə etmirik”

 

“İrəvanın “Zvarnots” aeroportundan rusiyalı sərhədçilərin çıxarılması məsələsi artıq həll olunub”.

Yenixeber.org: xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

Onun sözlərinə görə, rusiyalı sərhədçilər avqustun 1-nə qədər hava limanını tərk edəcəklər. 

O bildirib ki, İrəvan və Moskva artıq bu məsələni müzakirə etmirlər: “İrəvanın yaxın zamanlarda rusiyalı sərhədçilərin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsini həll edəcəyinə dair yayılan məlumatlara gəldikdə isə, deyə bilərəm ki, bu məsələ də Moskva ilə müzakirə edilmir”.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl mətbuat konfransında bildirib ki, erməni sərhədçilər avqustun 1-dən etibarən “Zvarnots” hava limanında xidmətə başlayacaqlar.(Sputnik Ermənistan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam