Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Misirdə bu yanacaqlar bahalaşdı

Misir hakimiyyəti Mərkəzi Bankın uçot dərəcəsini artırması və milli valyutanın sərbəst məzənnəsinin tətbiqi ilə əlaqədar martın 22-dən benzin və dizel yanacağının qiymətlərini artırmaq qərarına gəlib.

Yenixeber.org: Məlumata görə, , Aİ-80, Aİ-92 və Aİ-95 markalı benzinin bir litrinin qiyməti 1 Misir funtu (təxmini 0,04 AZN) artaraq, müvafiq olaraq 11 (təxmini 0,4 AZN), 12,5 və 13,5 funt təşkil edib.

Bir litr dizel yanacağı 1,75 funt bahalaşaraq 10 funta, maye qazın qiyməti isə 75 funtdan 100-ə qalxıb.

Eyni zamanda, “Al-Youm as-Sabi” portalı iddia edir ki, bu qərar Qəzza zolağında münaqişənin kəskinləşməsi və bütün qlobal iqtisadiyyata və qiymətlərə mənfi təsir göstərən Ukrayna böhranı səbəbindən verilməyə məcbur olub.

Portal qeyd edir ki, ölkə hakimiyyəti yanacağın qiymətinin artırılmasını dəfələrlə təxirə salsa da, faiz dərəcələrinin artması və sərbəst məzənnənin tətbiqi fonunda onlar bu addımı atmağa məcbur olub.

Martın 6-da Misir Mərkəzi Bankı uçot dərəcəsini 27,25%-ə çatdırıb.

Bu fonda Misir milli valyutasının dəyəri kəskin şəkildə bir dollar üçün təxminən 50 funta düşüb.("As-Shorouk")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam