Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rüşvət alan gömrükçü haqda fərqli qərarlar -Azadlığa buraxıldı

 

Şirvanlı Gömrük Postunun 240 manat rüşvət aldığına görə 7 il 6 azadlıqdan məhrum edilmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi yenidən araşdırılıb.

Yenixeber.org-un məlumata görə, Bakı Apellyasiya Məhkəməsi sabiq gömrükçü haqda əvvəlki qərarını dəyişib.

Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum edilərək azadlığa buraxılmışdı. Prokurorun protesti ilə Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv etmiş, Məmmədova 7 il 6 ay həbs cəzası vermişdi.

Həmin qərardan təqsirləndirilən şəxsin vəkilləri kassasiya şikayəti verib. Şikayətdə həbslə bağlı qərarın ləğv edilməsi xahiş edilib.

Ali Məhkəmə cinayət işi materialları ilə tanış olduqdan sonra məhkuma əməlinə görə həddən artıq ağır cəza verildiyi qənaətinə gəlib. Yüksək instansiya məhkəməsi qərarı ləğv edib, işi yeni apellyasiya baxışına qaytarıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən baxış iclasında qərar elan edilib. Hakim Elbəy Allahverdiyev həmkarı Qədim Babayevin həbslə bağlı qərarını ləğv edib. Yeni qərara əsasən, Cavid Məmmədova şərti cəza verilib. O, 5 ay sonra yenidən məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, təqsirləndirilən şəxs gömrük postunda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə rüşvət qismində almağa cəhd edib.(Qafqazinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam