Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Fransa terrorizmin ən fəal tərəfdarıdır” -Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorizmi ən fəal dəstəkləyən ölkə adlandırıb.

Yenixeber.org xəbər verir ki, Türkiyənin Aydın şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkiqabağı mitinqində çıxış edən Türkiyə lideri ölkəsinin milli təhlükəsizliyini təhdid edən terror təşkilatlarının təxribatçı fəaliyyətindən bəhs edib.

Bununla əlaqədar o, tikinti materiallarının böyük istehsalçısı olan Fransanın “Lafarge” şirkətinin fəaliyyətini qeyd edib.

“Bölgədə “Lafarge” tərəfindən istehsal olunan sement nəticədə terrorçular üçün sığınacaqların yaradılması üçün istifadə edildi. Təəssüf ki, Fransa terrorizmin ən fəal tərəfdarına çevrildi. İstədiyinə nail ola bildimi? Xeyr!”- Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, Suriyanın şimalında terrorçuların Fransa şirkətinin məhsullarından istifadə edərək yaratdıqları sığınacaq şəbəkəsi onlara Türkiyə ordusunun hücumuna müqavimət göstərməyə kömək edə bilməyib.

“Suriyanın şimalında “Lafarge”nin dəstəyi ilə yaradılan bütün sığınacaqları məhv etdik”, - Ərdoğan əlavə edib. Bildirib ki, Türkiyənin güclənməsi, sənaye istehsalının tempinin artması və müdafiə sənayesinin inkişafı fonunda ölkəyə qarşı təhdidlərin miqyası da artır.

“Ölkəmizin əleyhdarları sonda başa düşdülər ki, terror təşkilatlarının əli ilə Türkiyəni zəiflətmək mümkün olmayacaq və buna görə də Türkiyə iqtisadiyyatına ziyan vurmağı hədəfləyiblər", - deyə Ərdoğan vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam