Rusiya güclü ballistik raketlər aldı
İran Rusiyaya çoxlu güclü “yer-yer” ballistik raketləri verib.
Yenixeber.org: Bu barədə altı mənbəyə istinadən məlumat yayılıb.
“Bunu gizlətmək üçün heç bir səbəb yoxdur. İstədiyimiz ölkəyə silah ixrac etmək icazəmiz var”, - deyə İran rəsmilərindən biri agentliyə bildirib.
Qeyd edilib ki, İran Rusiyaya 400-ə yaxın raket verib, onların çoxu “Fateh-110” yaxınmənzilli ballistik raketlər ailəsinə aiddir. Xüsusilə, söhbət 300-700 kilometr məsafədəki hədəfləri vura bilən “Zülfiqar” raketlərindən gedir.
Tehran və Moskva görüşləri zamanı əldə olunmuş razılaşmanın şərtlərinə əsasən, Rusiyaya tədarük yanvarın əvvəlində başlayıb.(“Röyters”)









AZ
RU
