Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

HƏMAS-ın 17 batalyonu məhv edilib

HƏMAS-ın elit bölməsinin qərargahı məhv edildi - Qanunla.Az

İsrailin Baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib ki, ölkənin ordusu oktyabrın 7-də münaqişə başlayan zaman anklavda mövcud olan HƏMAS-ın 24 batalyonundan 17-ni Qəzza zolağında məhv edib.

Yenixeber.org: "Mən siyasətimizə aydınlıq gətirmək istəyirəm: zəruri məqsəd, bu, ilk növbədə, HƏMAS-ın məhv edilməsidir. Məqsədə çatmaq üçün, ilk növbədə, HƏMAS batalyonlarının sayını azaltmaq lazımdır. Bu günə qədər HƏMAS batalyonlarının 24-dən 17-ni məhv etmişik”, - Baş nazir Nazirlər Kabinetinin iclasında deyib.

“HƏMAS-ın qalan batalyonlarının əksəriyyəti Qəzza zolağının cənubunda və Rəfahdadır və biz onlara yetişəcəyik”, - Netanyahu vurğulayıb.

“HƏMAS batalyonları zərərsizləşdirildikdən sonra ordumuzun qətiyyətlə Qəzza zolağının şimalında və mərkəzi hissəsində intensiv reydlər həyata keçirən təmizləmə əməliyyatlarına ehtiyac var”, - Baş nazir əlavə edib. "HƏMAS-ın tunel sistemini zərərsizləşdirmək lazımdır. Hərbçilər Qəzza zolağının cənubundakı Xan Yunis tunellərini sistematik şəkildə məhv edir və bunu Qəzza zolağının hər yerində edir, lakin bu, daha çox vaxt aparır”, - Netanyahu bildirib.

“Biz bütün məqsədlərə – HƏMAS-ın ləğvinə, bütün girovların geri qaytarılmasına və Qəzzanın İsrail üçün artıq təhlükə yaratmayacağı bir vəziyyətə nail olunmayana qədər müharibəni dayandırmayacağıq”, - Baş nazir əlavə edib.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam