Redaktor seçimi
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Günün xəbəri

Nisə Qasımova sənətkarla aralarında olan qalmaqaldan danışdı

 

 Xalq artisti Nisə Qasımova qatıldığı teleproqramından birində şok açıqlamalar verib.

Yenixeber.org-un xəbərinə görə, müğənni 52 il öncə Azərbaycanın ən tanınmış müğənnilərindən biri ilə aralarında yaşanmış qalmaqaldan bəhs edib. Sosial şəbəkələrdə Nisə xanımın Xalq artisti Zeynəb Xanlarovanı nəzərdə tutduğunu bildiriblər.

 “O xanım zəng etdi, tapşırdı, məni bir daha AzTV-nin efirinə buraxmadılar. Mən illərlə susdum. Həyatıma zərbə vurdu. Onu çox sevirəm. Bu izahı olmayan bir duyğudur, amma küsmüşəm, bağışlamıram. Onun haqqında özüm pis nə isə desəm də heç kimin pis deməsini istəmirəm. Allah ona uzun ömür verib, amma heç olmasa elədiklərini dərk edə. Ay xanım, siz məni yəqin heç tanımamısınız. Yaxşı ki, tanımamısınız. Allah insanı tanımaq üçün ömür verir. Məncə sizin ömrünüz uzansın ki, biz nəhayət illər sonra bir-birimizi yaxşı tanıyaq”,- deyə o bildirib.

 Nisə xanım qeyd edib ki, küsülü olduğu həmin sənətkar anası vəfat edərkən onların evinə başsağlığı verməyə gəlibmiş.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam