Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Yol polisindən -XƏBƏRDARLIQ

 

Daxili İşlər Nazirliyinin (DİN) ​Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarın yarada biləcəyi​ fəsadlarla bağlı xəbərdarlıq edib.

Bu barədə Yenixeber.org-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar hazırda respublika əhəmiyyətli avtomobil yollarında məhdudiyyət tətbiq edilməsə də, əsasən dağlıq və dağətiyi rayonlarda yağan intensiv qar nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb:

"Hazırda BDYPİ-nin Yol Patrul Xidməti Alayının və ərazi polis orqanlarının Dövlət Yol Polisi əməkdaşları ötən gün gecə saatlarından başlayaraq aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərir".

"BDYPİ​ mövcud hava şəraiti ilə əlaqədar​ yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması üçün bir daha sürücülərə müraciət edərək, hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir. Qarlı, buzlu yollarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının dəfələrlə artmasını nəzərə alaraq piyadalara ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur", - xəbərdarlıqda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam