Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Abdullahian Pakistana gedir

 

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın 29-da Pakistana səfər edəcək.

Yenixeber.org xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, səfər Pakistan xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutacaq.

Nazirlərin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, bir neçə gün əvvəl SEPAH Pakistanda yerləşən “Ceyş əl-Adl” qruplaşmasına zərbələr endirib. Yanvarın 17-də Pakistan buna cavab olaraq İran ərazisinə zərbələr endirib. Nəticədə 9 nəfər həlak olub. Pakistan Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib.

C. A.Cilani daha əvvəl Pakistanın İranla əməkdaşlığa hazır olduğunu bildirib. Pakistanın Milli Təhlükəsizlik Komitəsi isə İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam