Qonşu ölkədə hərbçi 5 xidmət yoldaşını öldürdü
İranın Kirman vilayətində yerləşən Bağin hərbi hissəsində atışma baş verib.
Yenixeber.org: Yerli mətbuat xəbər verir ki, əsgər odlu silahdan atəş açaraq 5 hərbçini öldürüb.
İran Ordusunun rəsmiləri yerli mediaya açıqlamasında məlumatı təsdiq edib.
Cinayəti törədən hərbçinin hadisə yerindən qaçdığı bildirilir.