HƏMAS-ın bu təklifi rədd edildi
Yenixeber.org: Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“HƏMAS qaçırılanların azad edilməsi müqabilində müharibənin bitməsini, qüvvələrimizin Qəzzadan çıxarılmasını, Nuxbadan (Fələstin radikallarının xüsusi bölməsi - Red) bütün qatillərin və təcavüzkarların azad edilməsini və HƏMAS-a toxunulmazlıq tələb edir. Bununla razılaşsaq, hərbçilərimizin ölümü əbəs olacaq, buna razı olsaq, vətəndaşlarımızın təhlükəsizliyinə təminat verə bilməyəcəyik”, - nazir bildirib.