Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Xəlil Göyüşovun şirkəti cərimələndi –Ölkəyə gətirdiyi ekskavatoru gizlədibmiş

“Körpü-Bina-Tikinti” MMC barəsində gömrük qaydaları əleyhinə olan (mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Yenixeber.org: Məlumata görə, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb və iş məhkəməyə göndərilib.

Aparılan araşdırmada məlum olub ki, Gürcüstandan “Körpu-Bina-Tikinti” MMC üçün 2 ədəd 2023-cü il buraxılışlı “Hidromek HMK102B” markalı ekskavator yükləyiciləri gətirilib. Şirkət tərəfindən həmin nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl Dövlət Gömrük Komitəsinə idxal bəyannaməsi verilməyib.

Məhkəmənin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC məşhur yol tikinti maqnatı Xəlil Göyüşovun şirkətidir. MMC-nin hazırda qanuni təmsilçisi Xəlil Göyüşovun qardaşı Göyüşov Xaliq Avdil oğludur.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam