Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İranın keçmiş prezidentini kim öldürüb? -VİDEO

 

Yanvar ayı İran İslam Respublikasının tarixində ən önəmli siyasi fiqurlardan birinin – keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin vəfat etdiyi aydır və hər il olduğu kimi, bu il də onun ölümünün ildönümü münasibətilə İranda anım mərasimləri keçirilib. Lakin bu ildönümləri bir qayda olaraq təkcə mərasimlərlə deyil, Rəfsəncaninin şübhəli ölümünün detalları barədə müxtəlif qalmaqallı açıqlamalarla yadda qalır. Bu dəfə də belə olub: Rəfsəncaninin böyük qızı Fatimə Haşiminin ötən həftə nüfuzlu “Etimad” qəzetinə verdiyi müsahibədə söylədiyi fikirlər, necə deyərlər, bomba kimi partlayıb və İran cəmiyyəti və mətbuatında hələ də səngiməyən qızğın müzakirələrə yol açıb.

Yenixeber.org xəbər verir ki, bu barədə “Azad İran” Yutub kanalında yayımlanan videosüjetdə deyilib.

Sözügedən müsahibədə Fatimə Haşimi ilk dəfə olaraq atasının öldürüləcəyi ilə bağlı qabaqcadan ona xəbərdarlıq edildiyini açıqlayıb. O bildirib ki, atasının ölümündən iki ay öncə 60 yaşlarında olan tanımadığı iki kişi onun işlədiyi Azad İslam Universitetinə gələrək Rəfsəncaninin həyatına təhlükə olduğunu çatdırıb. Fatimə Haşimi həmin söhbəti belə nəql edib:

“Dedilər ki, biz gəlmişik deyək ki, atanızı öldürmək istəyirlər. Həm də onu elə öldürəcəklər ki, siz özünüz də onun təbii ölümlə vəfat etdiyini düşünəcəksiniz. Soruşdum: “Mənim atamı niyə öldürməlidirlər?” Dedilər, çünki onlar Xameneidən sonrakı dövr üçün narahatdırlar”.

Fatimə Haşimi əlavə edib ki, çox qorxub və elə həmin gün axşam söhbəti atasına çatdırıb. Rəfsəncani isə deyilənlərə bir fikir bildirməyərək, ona bu barədə heç kəsə, hətta anasına da bir söz söyləməməyi tapşırıb. (Axar)

Daha ətraflı videosüjetdə:


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam