Toivo Klaar İrəvandadır
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana gəlib.
Yenixeber.org: Bu barədə erməni mətbuatı məlumat yayıb.
O, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanla görüşüb.
Görüş zamanı tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin əsas prinsipləri və hüquqi əsaslarını müzakirə edib.