Bu ərazidə beş mərtəbədən hündür bina tikilməyəcək
“1000 hektardan çox ərazi var ki, burada xüsusi mühafizə olunan zona təyin olunub".
Yenixeber.org: Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib.
Komitə sədri deyib ki, bu ərazidə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək:
O bildirib ki, xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq.