Rusiyanın 2 vilayəti PUA-larla vuruldu -AÇIQLAMA
Ukrayna Rusiyanın 2 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 PUA Voronej, 4 PUA isə Belqorod vilayəti üzərində vurulub.
Bundan başqa, Varonej şəhərinin meri Vadim Kstenin Teleqramda yazıb ki, PUA hücumundan sonra sözügedən vilayətdə fövqəladə vəziyyət elan edilib:
“Dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb. Hava hücumuna məruz qalan evlərin sakinləri isə təxliyə edilib”.