Bu xidmətlərə görə yeni rüsumlar müəyyənləşdi
“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik təsdiqlənib.
Yenixeber.org: Bununla bağlı sənədi Prezident İlham Əliyev imzalayıb.
Yenilənmiş Qanunun maddələrinə əsasən, gəmi tarixinin fasiləsiz qeydlər sənədinin verilməsinə, dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən təlim-tədris mərkəzlərinə, habelə fiziki və hüquqi şəxslərə onların fəaliyyətinin beynəlxalq konvensiyaların tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsinə görə 65 manat rüsum ödəniləcək.