Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Partiyaların bütün tədbirləri təxirə salındı

 

Türkiyədə siyasi partiyaların yanvarın 14-ə nəzərdə tutulan bütün tədbirləri təxirə salınıb.

Yenixeber.org xəbər verir ki, tədbirlər Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı türk əsgərlərinin şəhid olması səbəbindən başqa tarixə keçirilib.

Ertələnən tədbirlərə bu il martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərinə partiyaların namizədlərinin açıqlanması mərasimləri də daxildir.

Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə bu gün saat 14:30-da Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində ölkənin təhlükəsizlik şurasının toplantısı keçiriləcək.

Toplantıda xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edəcəklər.

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun rəsmi “X” hesabında açıqlama verib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı 9 türk əsgəri şəhid olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam