Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Göyçədə hərbi komissarlığa hücum edildi

 Ermənistanın Geqarkunik mərzində (Göyçə mahalı) yerləşən hərbi komissarlıqda insident baş verib.

Yenixeber.org: Bu barədə jurnalist Qaqik Şamşyan məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 5-i axşam saat 17:00 radələrində 37 yaşlı Husik Sərkisyan Sevan (Göyçə rayonu) hərbi komissarlığına gələrək 2021-ci ildə keçdiyi təlimlər zamanı ona təhkim edilən avtomatı istəyib. Lakin tələbi rədd edildikdən sonra komissarlıq ofisində iş masasını, kompüterin monitorunu sındırıb. Daha sonra orada olan N.Xaçatryan adlı şəxsə hücum edib və ona ciddi xəsarət yetirib.

Zərərçəkmiş Ermənistan Daxili İşlər Nazirliyinə zəng edərək hadisə ilə bağlı məlumat verib. Komissarlığa gələn polis H.Sərkisyanın üzərində axtarış aparıb, nəticədə bir kağız və yaşıl maddə aşkar edilib. O, həmin əşyaların özünə aid olduğunu, evinin həyətində həmin maddənin bitkisini əkib-becədirdiyini bildirib.

H.Sərkisyan Sevan Polis İdarəsindən Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin 5-ci Qarnizonuna təqdim edilib.(Globalinfo)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam