Anar Ələkbərov Perinatal Mərkəzdəki güclü yanğından DANIŞDI
“Azərbaycan Prezidenti baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb”.
Yenixeber.org xəbər verir ki, bunu açıqlamasında Prezidentin köməkçisi Anar Ələkbərov deyib.
O qeyd edib ki, Respublika Perinatal Mərkəzindəki yanğın hadisəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Yanğın yerində olan Anar Ələkbərov hazırda digər dövlət rəsmiləri ilə birgə yanğında zəhərlənənlərə baş çəkməyə getdiklərini də əlavə edib.
Xatırladaq ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində yanğın olub. Hadisədən sonra dörd uşağın meyiti aşkarlanıb.(Qafqazinfo”)