Bayram günləri ASAN Xidmət işləməyəcək -RƏSMİ AÇIQLAMA
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın beşinədək ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq.
Yenixeber.org: Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yanvarın altısından etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.