Qırmızı Meydan Yeni il günü bağlanacaq
Moskvanın məşhur Qırmızı Meydanı Yeni il ərəfəsində ziyarətə bağlı olacaq.
Yenixeber.org xəbər verir ki, bu barədə Moskva Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Məhdudiyyətin dekabrın 31-i yerli vaxtla saat 18:00-dan yanvarın 1-i saat 8:00-dək qüvvədə olacağı bildirilib. Bununla belə, konkisürmə meydançası ziyarət üçün açıq qalacaq.