Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Universitet rəhbəri professorun maaşını vermir

 

Professor Xaləddin İbrahimli Azərbaycan universitetinin ona bir illik maaşını ödəməmələrindən şikayətçidir. 

"Xeberinfo.com":   Məlumata görə, bu barədə “Qafqazinfo”ya məlumat verən X. İbrahimli bildirib ki, univerisitet bir ildir ona maaşını ödəmir: “2014-2015-tədris ilində iki dissertantın elmi rəhbəri olmuşam. Buna görə mənə bir manat da verməyiblər. Hər dəfə “gələn ay verəcəyik” deyərək aldadırlar. Təxminən 1 il üçün mənə 2000 manat pul ödəməlidirlər. Hər ay hansısa sənədin yenidən hazırlanacağını bəhanə edirlər. Gah deyirlər ki, müqavilə olmayıb-müqavilə bağlanandan sonra deyirlər ki, düzgün hesablanmayıb, yenidən hesablanmasına ehtiyac var”.

Professor problemin universitetin keçmiş rektoru Eldar Qəhrəmanovun dövründə baş verdiyini qeyd edib: “Yeni rektor Fərid Əhmədov da bu gün-sabah deyərək problemin həllini yubadır”.

“Qafqazinfo” məsələ ilə bağlı universitetin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlayıb. Bildirilib ki, Xaləddin İbrahimlinin iddia etdiyi kimi ona ödənilməli olan məbləğ 2000 manat deyil: “Bu rəqəm 500 manat təşkil edir. Biz onunla danışmışdıq və demişdik ki, bir neçə günə məbləğ onun hesabına köçürələcək. Artıq qeyd olunan məbləğ onun hesabına köçürülüb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam