Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Tələbələrin aksiya cəhdi...

 

İctimai-Siyasi Universitetin tələbələri təhsil haqqından narazıdırlar

"Xeberinfo.com": Təhsil Nazirliyinin lisenziya müddətinin uzadılması barədə qərar çıxardığı Azərbaycan İctimai-Siyasi Universitetinin tələbələri bu gün aksiya keçirməyə cəhd ediblər. 

Tələbələrin məlumatına görə, Azərbaycan İctimai-Siyasi Universitet bağlandıqdan sonra onları Təfəkkür universitetinə köçürüblər. Təfəkkür universitetində isə həmin köçürülən tələbələrdən Təhsil Nazirliyinin müəyyən etdiyindən daha yüksək illik ödəniş haqqı tələb ediblər: “Təhsil Nazirliyi bəyan etdi ki, biz hər hansı universitetə köçüləndən sonra da əvvəl ödədiyimiz təhsil haqqını ödəyəcəyik. Amma biz Azərbaycan İctimai-Siyasi Universitetində oxuduğumuz zaman min 900 manat illik ödəniş ödəyirdik. İndi isə Təfəkkür universitetindən bizə 3 min manat ödəyəcəyimizi söyləyirlər. Bizim şikayətimizə niyə baxmırlar. Təhsil Nazirliyinə müraciət etmişik amma müraciətlərimizə cavab verməyiblər”.

Tələbələrin şikayətini nəzərə alaraq Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Cəsarət Valehov açıqlamasında tələbələrin şikayətlərinin araşdırıldığını söyləyib. 

O qeyd edib ki, Azərbaycan İctimai-Siyasi universitetindən Təfəkkür universitetinə köçürülən tələbələrin illik ödəniş haqqları 2 min manatdan yüksək olmayacaq: “Universitet rəhbərliyi ilə əlaqə saxladıq. Orada hər hansı bir aksiyanın keçirilməsindən söhbət belə gedə bilməz. Sadəcə olaraq Azərbaycan İctimai-Siyasi Universitetinin tələbələri ora qeydiyyatdan keçmək üçün yaxınlaşıblar. Azərbaycan İctimai-Siyasi Universitetində təhsil haqqı 2 min manat olub. Amma Təfəkkür və digər universitetlərdə ödəniş haqqları 2 min manatdan yüksəkdir. Amma Azərbaycan İctimai-Siyasi Universitetindən Təfəkkür universitetinə köçürülən tələbələrin ödəniş haqqları 2 min manatdan yüksək olmayacaq. Ən yüksək hədd də 2 min manatdan yüksək olmayacaq. Amma vaxtı ilə Azərbaycan İctimai-Siyasi Universitetində tələbələrin ödəniş haqqları 3 min manatdan yüksək olub”.

Qeyd edək ki, bir müddət öncə Təhsil Nazirliyi Azərbaycan İctimai-Siyasi Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın müddətinin uzadılmaması barədə qərar qəbul edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam