Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınının Elmi İnnovasiyalar Mərkəzi 25 oktyabr 2023-cü il tarixlərində ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş kitab sərgisində iştirak edib.

Yenixeber.org: Bu barədə ASAPES-in mətbuat xidməti məlumat yayıbb.

Bildirilir ki, sərginin əsas məqsədi Azərbaycanın və dünyanın müxtəlif məkanlarından olan yazıçıları, nəşriyyatları, kitabxanaları və oxucuları bir araya gətirərək elmin, təhsilin, ədəbiyyatın təntənəsini qeyd etmək və fikir mübadiləsi aparmaqla Ümumilli Lider Heydər Əliyevin irsini dərin hörmətlə yad etmək olub.