Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

"Rusiyaya təhlükəsizlik qarantı kimi arxalana bilmərik" -“başqalarından asılılığı” mümkün qədər azaltmalıyıq

"Rusiyaya təhlükəsizlik qarantı kimi arxalana bilmərik" -  Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin üzərinə düşən vəzifənin öhdəsindən gəlmədiyini bildirib. Onun fikrincə, Rusiya sülhməramlılarının oraya gəlişindən sonra regionda vəziyyət daha da pisləşib.
Yenixeber.org: “Rusiya sülhməramlıları öz tapşırıqlarının öhdəsindən gələ bilmədilər. Amma deyə bilmərəm ki, Rusiya sülhməramlıları Qarabağda olmasaydı, indi vəziyyət daha yaxşı olardı”, - Ermənistanın baş naziri “Politico” ya müsahibəsində deyib.
Paşinyan hesab edir ki, Rusiya faktiki olaraq artıq Azərbaycana təsir göstərə bilməz. Onun sözlərinə görə, Rusiya sülhməramlı kontingenti Qarabağda öz üzərinə düşən tapşırığı yerinə yetirmir.
Həmin müsahibədə Nikol Paşinyan Azərbaycanla münaqişənin yenidən başlaması ilə bağlı qorxuların artdığı bir vaxtda Ermənistanın artıq Rusiyaya təhlükəsizlik qarantı kimi arxalana bilməyəcəyini deyib. O, izah edib ki, Ermənistanın hazırkı strategiyası “başqalarından asılılığı” mümkün qədər azaltmaqdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam