Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanın sabiq müdafiə naziri həbsdə qalacaq

Ermənistanın sabiq müdafiə naziri  həbsdə saxlanıldı
        Ermənistanın keçmiş müdafiə naziri, hərbi cani David Tonoyan həbsdə qalacaq.
Yenixeber.org: Bu barədə Ermənistanın Ali Məhkəmə Şurasının mətbuat katibi Lilit Şaboyan məlumat yayıb. O qeyd edib ki, müdafiə tərəfi sabiq nazir barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət qaldırmışdı.
"Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi müdafiə tərəfinin vəsatətini rədd etdi. Tonoyan həbsdə qalacaq", - Şaboyan bildirib.
Qeyd edək ki, Tonoyan istifadəyə yararsız raketlər almaqda və vəsaitləri mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, 2021-ci ilin sentyabrından həbsdədir. Bu cinayət işində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Artak Davtyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, Nazirliyin aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyan, Müdafiə Nazirliyinin aviasiya departamentinin aviasiya texniki əmlakı xidmətinin rəisi Artem Ambaryan, aviasiya departamentinin baş mühəndisi Vladimir Babayan və silah sövdələşmələrində iştirak edən iş adamı David Qalstyan da ittiham olunurlar. İstintaq onları yararsız təyyarə raketlərinin alınmasında iştirakda və 4,6 milyon dolları mənimsəməkdə ittiham edir.Onlar təqsirlərini etiraf etmirlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam