Son sutkada Rusiyanın İran istehsallı 15 PUA-sı vurulub
Son sutkada Ukraynaya hücum edən Rusiyanın İran istehsallı 15 “Shahed” pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Yenixeber.org: Bu barədə Ukrayna Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həmçinin 8 qanadlı raket zərərsizləşdirilib.
Hücumun nəticələri dəqiqləşdirilir.