Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bakıda ukraynalı uşaqlar üçün tibbi müayinələr təşkil olunub

15 iyul tarixində Səhiyyə Nazirliyi Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Ukraynada baş verən müharibədən qaçqın düşərək Azərbaycana sığınan uşaqlar üçün tibbi müayinələr təşkil olunub. Qeyd edilməlidir ki, aksiya çərçivəsində 50-dən çox uşaq müxtəlif tibbi müayinələrdən keçib.
Yenixeber.org: Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavadov, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Klinikanın baş direktoru Fərid Eyvazov iştirak ediblər.
Səfir Vladislav Kanevskiy Azərbaycanda məskunlaşan ukraynalı ailələrə göstərilən qayğı, ölkəsinə verilən dəstəyə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirən səfir bu kimi tədbirlərin əvvəllər də təşkil olunduğunu qeyd edib. O, bildirib ki, Azərbaycanda məskunlaşan ukraynalı ailələrə və uşaqlara göstərilən qayğı Ukrayna hakimiyyəti tərəfindən də yüksək qiymətləndirilir.
Ukrayna Ali Radası sədrinin müşaviri Hikmət Cavadov Azərbaycan dövləti tərəfindən Ukraynadan qaçqın düşən ailələrə davamlı dəstək göstərildiyini bildirib. Qeyd edilib ki, uşaqların müayinəsinin məqsədi onların sağlamlığının qayğısına qalmaqdır. H.Cavadov müayinədə həmçinin Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor üzvlərinin hazırda Bakıda olan uşaqlarının da iştirak etdiyini vurğulayıb.
Klinikanın baş direktoru F.Eyvazov Azərbaycan dovləti tərəfindən uşaqlara göstərilən qayğıdan danışıb və onların daima diqqət mırkəzində saxlanıldığını bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam