Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Respublikaçı senatorlar:İranın neft sanksiyalarını sərtləşdirin

Səkkiz respublikaçı senator ABŞ-nin Xarici İşlər və Maliyyə nazirlərinə yazdığı məktubda İrana qarşı neft sanksiyalarının tam şəkildə həyata keçirilməsini, həmçinin İran neftini alan Çin şirkətlərinə qarşı sanksiyaların tətbiqini tələb ediblər. 
Yenixeber.org: Məktubun müəllifləri İrana qarşı sanksiyaların tətbiq olunmadığından “dərin narahatlıq” ifadə ediblər.
“Sanksiyalara baxmayaraq, Çin prezident Baydenin vəzifəyə başlamasından bəri İrandan təxminən 47 milyard dollar dəyərində neft alıb. Tehranın qanunsuz neft ticarəti üçün İranın neft tankerləri donanması 2021-ci ildə 60 gəmidən 338 gəmiyə yüksəlib. Donald Tramp administrasiyasının maksimum sanksiyalarının həyata keçirilməməsi səbəbindən İranın neft gəlirləri 2018-ci ildən bəri ən yüksək həddə çatıb. Tehran bu gəlirdən daxildə dinc etirazları zorakılıqla yatırtmaq, Amerika əsgərləri və diplomatlarına qarşı “terror hücumlarını” maliyyələşdirmək və Rusiyanın Ukraynadakı işğalçılıq müharibəsini qızışdırmaq üçün istifadə edir”, - məktubda deyilir.
Məktubu imzalayan respublikaçı senatorlar Marko Rubio, Cim Beard, Con Barrasso, Lindsi Qrem, Rik Skott, Cerri Moran, Ceyms Lokford və Bill Hagerti Donald Trampın “maksimum təzyiq” siyasətinin “uğurlu olduğunu, lakin, təəssüf ki, Bayden administrasiyasının bunu davam etdirmədiyini” vurğulayıblar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam