Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Xudayarın anası oğlunun şəhid olduğu yerdə-FOTO

Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin anası Radə Qurbanova oğlunun doğum günündə onun şəhid olduğu torpaqları ziyarət edib. 

Yenixeber.org:  Övladının son nəfəsini verdiyi, sonuncu mahnısını oxuduğu Zəngilanı, Arazqırağı əraziləri gəzən ana bu torpaqların onun üçün müqəddəs olduğunu deyib. 

Şəhid anası bildirib ki, əvvəl Ağalı kəndinin yanından keçəndə bütün kənd qapqara idi, sanki bütün şəhidlərə ağlayırdı. Amma indi Ağalıda quruculuq işləri gedir: “Ağalı sürətlə gözəlləşir. Biz bunu görəndə sevinirik. Allah bütün şəhidlərin ruhunu şad eləsin. Qoy onların qanları tökülən torpaqlar gülə-çiçəyə bürünsün”. 

Qeyd edək ki, “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən Xudayar Yusifzadə 1998-ci il iyulun 15-i Bərdə şəhərində anadan olub. 2020-ci il oktyabrın 22-si Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə ağır yaralanaraq şəhid olub. 

Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam