Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Ombudsmana yeni səlahiyyət verilir

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsman) yeni səlahiyyət verilir. 

Yenixeber.org:  Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

Qeyd edək ki, Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələ Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu ilə bağlı sorğu verilməsi ilə əlaqədardır. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğu məsələsini həll edir. 

Hazırda qüvvədə olan “Konstitusiya Məhkəməsi haqqında” qanuna əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğularına Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına aşağıdakı hallarda yol verilir: 

- tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə; 

- tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə; 

- normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə. 

“Konstitusiya Məhkəməsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, bu maddə yeni redaksiyada verilir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusuna Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində sorğu verilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol veriləcək. 

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam