Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“30 il də keçsə, bu yara bizim ürəyimizdə qalacaq” -İlqar Mirzəyevin oğlu

 
"Mən hər ilin bu günü artıq üç ildir ki, eyni hissləri keçirdirəm. Həmçinin, ailəmdə. Bu, dəyişilməyəcək bir hissdir".
Yenixeber.org: Bu sözləri açıqlamasında Tovuz döyüşlərində qəhrəmancasına şəhid olmuş polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib.
"30 il də keçsə, bu yara bizim ürəyimizdə qalacaq. Biz elə bir insanları itirmişik ki, fərqi yoxdur istər rütbəsindən, istərsə də, vəzifəsindən asılı olmayaraq yaxın itkisi, ata itkisi bir övlad üçün çox çətindir. Əlaxüsus da belə bir atanı (İlqar Mirzəyevi nəzərdə tutur. - red). Acımız, kədərimiz ölənə qədər bizimlə davam edəcək. Məqsədimiz bütün şəhidlərin adını yaşatmaqdır. Bu, bizim müqəddəs borcumuzdur. Xalq olaraq biz bunu hər zaman edəcəyik, yaşadacağıq. 44 günlük müharibədə bizim şəhidlərin qisası alındı. 30 ildir həsrətində olduğumuz torpaqlara qovuşduq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam