Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“BBC Travel” Azərbaycandan reportaj hazırlayıb

Böyük Britaniyanın məşhur “BBC Travel” portalı Azərbaycana səfər, onun əsas tarixi görməli yerləri haqqında material hazırlayıb.
Yenixeber.org:  “Azərbaycan - Qafqazın Odlar Yurdu” adlanan məqalədə Azərbaycan mədəniyyəti ilə Zərdüştlük arasında dərin bağların mövcud olduğundan söhbət açılır. “Zərdüştlüyün (dünyanın ən qədim monoteist dinlərindən biri) 3000 il əvvəl bölgəyə gəlməsi ilə od Azərbaycan mədəniyyətində və mifologiyasında dərin kök salıb”, - deyə məqalədə bildirilib.
Bundan əlavə, reportajda Qız qalası, Suraxanıda və Quba rayonunun Xınalıq kəndində yerləşən Atəşgah məbədlərindən söhbət açılıb. Bildirilir ki, qədim Zərdüştlük mədəniyyəti müasir Azərbaycan əhalisinin adət-ənənələrində öz əksini tapıb.
“Hazırda azərbaycanlıların əksəriyyəti müsəlman olsalar da, Zərdüşt inancları, adət-ənənələri müasir mədəniyyətdə mövcud olmaqda davam edir. Hər il yazın gəlişini qeyd etmək üçün Azərbaycanda Novruz bayramı keçirilir. Bu ənənə Zərdüştlük folkloru ilə formalaşıb, Novruz isə Azərbaycanın ən böyük bayramlarından biri kimi qeyd olunur”, - deyə məqalədə qeyd olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam