Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İlham Əliyev İsrailin müdafiə nazirini qəbul edib-FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantı qəbul edib.
Yenixeber.org: Yoav Qallant İsrailin Baş naziri Benyamin Netanyahunun salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İsrailin Baş nazirinə çatdırmağı xahiş edib.
Söhbət zamanı dövlət başçısı ilə İsrailin müdafiə naziri arasında bu il Münxendə keçirilən görüş xatırlanıb. İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib. İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolu qeyd olunub.
Görüşdə Azərbaycanın İsraildə səfirliyinin açılmasının əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam