Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Böyük Britaniya Ukraynaya yeni hərbi yardım paketi ayırdı


Böyük Britaniya hökuməti Ukraynaya daha bir yardım paketi ayırıb. Həmçinin, Böyük Britaniya və G7-nin digər üzvləri Ukraynaya yeni hərbi dəstək tranşı verəcəklər.

Yenixeber.org:  Britaniya hökuməti Ukraynada avadanlıqların təmiri və hərbi reabilitasiya mərkəzinin yaradılması üçün 65 milyon dollar ayırıb.

Həmçinin, yeni dəstək tranşının bir hissəsi olaraq Böyük Britaniya və G7-nin digər üzvləri Kiyevi minlərlə əlavə “Challenger 2” sursatı, 70-dən çox döyüş maşını və logistika vasitələri ilə təmin edəcəklər.

Britaniya hökuməti açıqlamasında bu proqramların NATO-nun Ukraynaya hərtərəfli yardım paketi vasitəsilə maliyyələşdiriləcəyini bildirib.

Qeyd edək ki, G7-nin bütün üzvlərinin birgə bəyannamə imzalaması gözlənilir. Bu, müttəfiqlərin müharibəni dayandırmaq üçün növbəti illərdə Ukraynaya necə dəstək verəcəyini müəyyənləşdirəcək.

"Ukraynanın NATO-ya üzvlüyü istiqamətində inkişafın dəstəklənməsi, rəsmi, çoxtərəfli və ikitərəfli razılaşmalar və NATO üzvlərinin güzəştli dəstəyi ilə birlikdə Prezident Putinə (Rusiya Prezidenti Vladimir Putin-red) güclü siqnal verəcək və Avropaya sülhü qaytaracaq", - Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam