Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Kənani:"Azərbaycan səfirliyinin təhlükəsizliyi maksimum dərəcədə təmin olunacaq"

 Bu il yanvarın 27-də bir nəfər silahlının Azərbaycanın İrandakı səfirliyinə hücumu səfirlik əməkdaşlarından birinin ölümü, ikisinin isə yaralanması ilə nəticələndi. Həmin hücumu terror aktı adlandıran rəsmi Bakı yanvarın sonunda Azərbaycanın bu ölkədə səfirliyinin bağlanması barədə qərar verdi.
Yenixeber.org:  Terror hücumundan keçən müddət ərzində Azərbaycan hadisənin səbəblərinin, iştirakçılarının, habelə buna açıq-aşkar şərait yaradanların motivlərinin doğru-düzgün araşdırılması və bu terror aktını törədənlərin müəyyənləşdirilərək cəzalandırılması tələbini qoyub.
Bu baxımdan, İranın Xarici İşlər nazirliyinin sözçüsü Nasir Kənaninin ənənəvi mətbuat konfransında Azərbaycanın bu ölkədəki səfirliyinin təhlükəsizliyini Tehranın ən yüksək səviyyədə təmin edəcəyini söyləməsi çox maraqlıdır.
- İran öz məsuliyyətini dərk edir və məsuliyyətlə hərəkət edəcək və təbii ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyi imkan daxilində qorunacaq. İndi biz çox yaxşı və konstruktiv ikitərəfli yoldayıq, hər iki tərəf dialoq və ikitərəfli münasibətlər çərçivəsində baş verənlərin öhdəsindən gəlməyə razıdır”, - Kənani deyib.
Qeyd edək ki, həmin terro aktından sonar İrandakı səfirliyini bağlayan Azərbaycan, yalnız Təbrizdəki baş konsulluğu saxlayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam